Vətəndaşların bank kartlarından ötən gün 31 min 340 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 21-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7845, 7700, 5000, 2997, 2000, 1200, 1000, 999, 900, 597, 245, 230, 220, 116, 100, 97, 72, 22 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.


Şərhlər
Bu bamk kartlarından oğurluq halları mütəşəkkil təşkil edilmiş cinayətdir.Burada əhalinin heç bir günahə,səhlənkarlığı ola bilməz.Çünki bank kartlarından əsasən intelektli adamlar istifadəedir və bank dannılarının jkiməsə ötürülmə ehtimalı sıfırdır.Burada ilk araşdırmaq vacibdir ki.bu oğurlamalar hansı bankların və hansı tip kartlarda ba verir.sonra insanların bank sirrlərinə hansı qurumlar nəzarət edir və banklarda bu bank sirrləri necə qorunur?belə oğurluqların hər gün baş verməsi isə bu sahədə blərəkdən boluqların olması və ya yaradılması ehtimalı da yer alır.Bu sahəyə təcili və ciddi diqqət yönəldilməlidir.Əhalini əsassız günahlandırıb kənarda qalmaq şərəf gətirmir.Bu məsələ ilə hüquq mühafizə orqanları yaxından məşğul olmalıdırlar.
Onlayn kredit ləgv edilməlidir.Kapital bank özü edir ogurlugu..