Menu

Nazir müavini Şirvandan Salyana rəis göndərdi

22.04.2025, 17:27
Nazir müavini Şirvandan Salyana rəis göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

"Qaynarinfo"-nun verdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə polkovnik-leytenant Vüsal Yolçiyev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Vüsal Yolçiyev bundan əvvəl Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol