Menu

Bakıda bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

22.04.2025, 18:00
Bakıda bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

 Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il iyulun 1-dək veriləcək.

Əvvəl bu müddət 2025-ci il aprelin 1-dək müəyyən edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol