Menu

Tramp gələn ay Yaxın Şərq ölkələrinə səfər edəcək

22.04.2025, 22:46

ABŞ Prezidenti Donald Trampın gələn ay Yaxın Şərq ölkələrinə səfəri başlayır.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

Səfər 13-16 may tarixlərini əhatə edir.

Yaxın Şərq turnesi çərçivəsində ABŞ lideri Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol