Menu

Ukrayna ordusundan Rusiyaya ağır zərbə - Baş Raket-Artilleriya İdarəsinin arsenalı partladıldı

23.04.2025, 09:46
Ukrayna ordusundan Rusiyaya ağır zərbə - Baş Raket-Artilleriya İdarəsinin arsenalı partladıldı

Rusiyanın Vladimir vilayətinin Barsovo yaşayış məntəqəsi yaxınlığında Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin 51-ci arsenalında güclü partlayışlar baş verib.

"AzPolitika" xəbər verir ki, bu obyekt Ukrayna sərhədindən təxminən 530 kilometr məsafədə yerləşir.

Rusiya Müdafiə Nazirliyinin rəsmi versiyasına görə, partlayışın səbəbi partlayıcı maddələrlə işləyərkən təhlükəsizlik qaydalarının pozulması olub. Lakin yerli sosial şəbəkə istifadəçiləri və şahidlər güclü partlayışlar, nəhəng alov topu, yanan anbarlar və yaxınlıqdakı Perşino kəndində zədələnmiş evlər barədə məlumat verirlər.

BRAİ-nin 51-ci arsenalı Rusiya ordusu üçün vacib logistik mərkəzdir. Bu anbarda baş verən partlayışlar və sursatların detonasiya olunması təkcə ehtiyatlara deyil, həm də cəbhə üçün zəruri olan bütün təchizat zəncirinə zərbə vurur.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol