Menu

Şamaxıda torpaq sürüşməsi baş verib - FOTOLAR

23.04.2025, 13:50
Şamaxıda torpaq sürüşməsi baş verib - FOTOLAR

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda qeydə alınıb.

Sürüşmə nəticəsində yolda 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib, nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Həmçinin yolun asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.

Yerli sakinlər bildiriblər ki, ərazidə torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.

Sürüşmə zonası xüsusi xəbərdarlıq nişanları ilə işarələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol