Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 17 yaşlı Adam Kadırov atasından yeni yüksək vəzifə - respublikanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini alıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Çeçenistan Təhlükəsizlik Şurası və rəsmi çeçen mediası Adamın adını TŞ katibi kimi çəkməyə başlayıb: “Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Adam Ramzanoviç Kadırovun, onun müavinləri Aslan Julaqov və Salambek Abdraşitovun tapşırıqlarının icrası çərçivəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Çeçenistan Respublikası üzrə Baş İdarəsinin rəisinin birinci müavini Rizvan Zalayevlə növbəti işgüzar görüş keçirilib”.
Bundan əvvəl Təhlükəsizlik Şurasının katibi vəzifəsini Ramzan Kadırovun qardaşı oğlu Həmzət Kadırov tutub.
Qurumun rəhbərliyində dəyişikliklə bağlı hələlik rəsmi açıqlama yoxdur.
O da qeyd olunur ki, Kadırovun oğlu, bundan öncə həm də respublikanın Daxili İşlər Nazirliyinin kuratoru təyin edilmiş Adam Kadırov eyni zamanda, iki fərqli soyadla iki Rusiya pasportundan istifadə edir.
“AzPolitika.info”


Şərhlər
Özünün və ailəsinin şərəfini uca tutan kişi heç vaxt belə ucuzluğa getməz. Bu xırda hislərlə yaşayan bir nadanın öz xalqını alçaltması deməkdir
Bu adamın yeqin ki heç ali tehsili de yoxdur.Böyük ehtimslla bu tip "rehberlerin" övladları dövletçiliyi analarının betninde sonra da belekde öyrenirler.İnsan ne qeder bişeref olmslıdır ki öz xalqının Haqqını yesin.Müselman dünyası bu tip nadanlara göre inkişaf ede biımir.