Menu

“Sarqsyan Baydendən xahiş etmişdi ki” – Paşinyanın silahdaşından maraqlı açıqlama

23.04.2025, 17:08
“Sarqsyan Baydendən xahiş etmişdi ki” – Paşinyanın silahdaşından maraqlı açıqlama

“Həmin vaxt hakimiyyətdə olan Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan ABŞ-nin o vaxtkı vitse-prezidenti Co Baydendən xahiş etmişdi ki, “erməni soyqırımı” məsələsini qabartmasın və Baydenin özü sonradan bunu erməni icmasına demişdi”.

“AzPolitika” xəbər verir ki, bunu aprelin 23-də Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Vaaqn Aleksanyan deyib.

O qeyd edib ki, indiki hakimiyyəti “erməni soyqırımı”na sahib çıxmamaqda günahlandıran müxalifətin özü hakimiyyətdə olarkən bu mövzunu çox ağartmamağa çalışıb: “Eyni zamanda, ikinci prezident Robert Koçaryan, WikiLeaks-in dərc etdiyi sənədlərə əsasən, ABŞ senatorlarının birindən “erməni soyqırımı”nı tanımamağı xahiş edib”.

Hakim partiya hesab edir ki, müxalifət özü hansısa siyasi məqsədlər üçün “erməni soyqırımı” məsələsini çox qabartmamağa çalışarkən, indiki hakimiyyəti bunu etməməkdə günahlandırır və bununla da siyasi riyakarlığa yol verir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol