Menu

"Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər var" - XİN

24.04.2025, 11:41
"Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər var" - XİN

"Astara terminalının yenilənməsi və körpü qurulması üzrə işlər başa çatmaqdadır".

APA-nın xəbərinə görə, bu fikirləri Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsinin ardından təşkil edilən sual-cavab zamanı söyləyib.

Natiqin sözlərinə görə, hazırda ölkəmizin təşviq etdiyi önəmli nəqliyyat şəbəkəsi Transxəzər marşrutudur:

“Təbii ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi başqa bir təşviq istiqamətidir. Astara terminalındakı yenilənmə və körpünün qurulması başa çatır. Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər mövcuddur. Hazırda danışıqlar aparılmaqdadır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol