Menu

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

24.04.2025, 15:25
Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, sabah spikerin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın Roma şəhərinə səfər edəcək.

S.Qafarova aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol