Menu

Almatı Prosesinə sədrlik Azərbaycandan Qazaxıstana keçib

24.04.2025, 17:51
Almatı Prosesinə sədrlik Azərbaycandan Qazaxıstana keçib

Almatı Prosesinə sədrlik Azərbaycandan Qazaxıstana keçib.

"Report" xəbər verir ki, bu barədə qərar aprelin 24-də Bakıda keçirilən Almatı Prosesinin 3-cü Nazirlər Konfransında açıqlanıb.

Xatırladaq ki, 2013-cü ildən praktiki fəaliyyətə başlayan Almatı prosesinə sədrlik iki ildən bir iştirakçı dövlətlər arasında rotasiya əsasında həyata keçirilir.

2023-2024-cü illərdə sədrlik Azərbaycanda idi. Bununla yanaşı, əvvəlki illərdə Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Türkiyə Almatı Prosesinə sədrlik ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol