Türkiyənin Qərbindəki Kütahya şəhərində 4,5 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub. Yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23 – red.) qeydə alınmış zəlzələnin ocağı 8,81 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.


Şərhlər