Türkiyənin “F-35” təyyarəsi proqramına qayıtması yenidən gündəmdədir.
Belə ki, Yunanıstanın aparıcı qəzetlərindən biri olan “Kathimerini” ABŞ Müdafiə Nazirliyi Pentaqonun Türkiyənin yenidən “F-35” döyüş təyyarəsi proqramına daxil olmasına müsbət yanaşdığını iddia edib.
Hesabatda Vaşinqtonun Türkiyə və Yunanıstana qarşı müdafiə siyasətlərində balans axtarmağa başladığı iddia edilib.
Yunan mətbuatı adı açıqlanmayan mənbələrə istinadla yazıb ki, Pentaqon indi Türkiyənin “F-35” proqramına qayıtmasının Egey dənizindəki tarazlığı pozmayacağına inanır.
Qəzet ABŞ-nin daha əvvəl Yunanıstan üzərində texnoloji üstünlük təmin edərək Türkiyənin kəmiyyət gücünü tarazlamağa çalışdığını, lakin bu strategiyadan imtina edildiyini iddia edib.
Hesabatda Türkiyənin regional məsələlərdəki mövqeyinin də ABŞ-nin diqqətindən yayınmadığı vurğulanıb.
Qeyd olunur ki, Türkiyənin NATO-dakı əsas rolu, müdafiə sənayesindəki qabaqcıl infrastrukturu və böhran bölgələrindəki effektiv siyasəti onu yenidən “F-35” proqramına daxil edilməsi ilə bağlı müzakirələrə ortaq edib.
“AzPolitika.info”


Şərhlər