Menu

10 ən sərfəli avtomobil - Ən az benzin yandıran modellər açıqlandı

25.04.2025, 17:17
10 ən sərfəli avtomobil - Ən az benzin yandıran modellər açıqlandı

Bir avtomobilin yanacaq istehlakı sürücülərin çoxu üçün vacib olan göstəricidir. Hazırda müasir modellər köhnə avtomobillərə nisbətən daha qənaətcildir. Lakin hətta onların arasında da liderlər, super qənaətcil modellər var.

“AzPolitika” xəbər verir ki, populyar “What Car” nəşri ən az yanacaq sərfiyyatı olan 10 avtomobildən ibarət siyahı açıqlayıb. Ən yaxşı kombinə edilmiş yanacaq qənaətinə malik işlənmiş benzin avtomobillərini müəyyən etmək üçün mütəxəssislər sınaq keçiriblər. Maraqlıdır ki, siyahıya düşən avtomobillərin əksəriyyəti Azərbaycanda o qədər də populyar deyil:

1.Suzuki Ignis 1.2 Dualjet - 100 km-ə 4.7 litr.

2.Suzuki Celerio 1.0 - 100 km-ə 4.9 litr.

3.Volkswagen Up 1.0 S/S 60PS - 100 km-ə 5 litr.

4.Suzuki Baleno 1.0 - 100 km-ə 5.1 litr.

5.Skoda Citigo 1.0 60 - 100 km-ə 5.1 litr.

6.Seat Ibiza 1.0 TSI 95 - 100 km-ə 5.2 litr.

7.Kia Picanto 1.0 - 100 km-ə 5.3 litr.

8.Seat Leon 1.0 TSI 115 - 100 km-ə 5.3 litr.

9.Dacia Sandero 0.9 TCe 90 - 100 km-ə 5.4 litr.

10.Toyota Aygo X 1.0 - 100 km-ə 5.4 litr.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol