Bizdə Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur. İnşallah Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşümdə bu öz əksini tapacaq.
“Report” xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən deyib.
“Çox şadam ki, Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik.
Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkənin xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq.
Biz keçmişdə çox yaxın qardaş olmuşuq. Bundan sonra da belə olacaq”, - Pezeşkian vurğulayıb.


Şərhlər
İzləyicilər bəlkə də, artıq söz sayacaqlar. 1992ci müstəqilliyin ilk günlərindən biz hər səhər evdən çıxanda yeni-İran və ABŞ malları müşahidə etdik! Məncə, nə qədər yaxın və uzaq görünsə də bu incə tellərin səlist-mülayim diplomatiya ilə səmərəli harmonikasına çalışmaq gərək!