Menu

"Liverpul" 20-ci dəfə İngiltərə çempionu olub

27.04.2025, 23:13
"Liverpul" 20-ci dəfə İngiltərə çempionu olub

İngiltərə Premyer Liqasının XXXIV turunda "Liverpul" ölkə çempionluğunu rəsmiləşdirib.

"Report" xəbər verir ki, "Enfild"də “Tottenhem”lə qarşılaşan mersisaydlılar 5:1 hesabı ilə qalib gələrək sona 4 tur qalmış qızıl medalları təmin ediblər.

Meydan sahiblərinin qollarını Luis Dias (16), Aleksis Makallister (24), Kodi Qakpo (34), Məhəmməd Salah (63) və Destini Udodci (69-avtoqol) vurub. Qonaqların yeganə dəqiq zərbəsi isə Dominik Solankenin (12) aktivinə yazılıb.

Bu nəticənin ardından xallarının sayını 82-yə çatdıran Arne Slotun rəhbərlik etdiyi kollektiv 20-ci dəfə çempionluq tituluna yiyələnərək, "Mançester Yunayted"in uğurunu təkrarlayıb."Report" xəbər verir ki, "Enfild"də “Tottenhem”lə qarşılaşan mersisaydlılar 5:1 hesabı ilə qalib gələrək sona 4 tur qalmış qızıl medalları təmin ediblər.

Meydan sahiblərinin qollarını Luis Dias (16), Aleksis Makallister (24), Kodi Qakpo (34), Məhəmməd Salah (63) və Destini Udodci (69-avtoqol) vurub. Qonaqların yeganə dəqiq zərbəsi isə Dominik Solankenin (12) aktivinə yazılıb.

Bu nəticənin ardından xallarının sayını 82-yə çatdıran Arne Slotun rəhbərlik etdiyi kollektiv 20-ci dəfə çempionluq tituluna yiyələnərək, "Mançester Yunayted"in uğurunu təkrarlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol