Bu videosüjet ilk qarşımıza çıxanda düşündük ki, zarafatdır. Sonra gördük ki, yox, həqiqətdir və bir daha anladıq ki, Azərbaycan reallığında, bəzi vəzifəli şəxslərin timsalında primitivliyin, geridəqalmışlığın, görməmişlyin sərhədi, ucu-bucağı yoxmuş...
Süjetdən göründüyü kimi, Sumqayıtdakı məhəllələrin birində “besetka” tikiblər və Sumqayıtın bütün ölkəyə yayımlanan “Dünya tv” televiziyası da oradan yekə bir reportaj hazırlayıb. “Besetka”nın “açılışına” daha kimlər qatılmayıb – şəhərin millət vəkili, YAP Sumqayıt təşkilatının sədri, şəhər icra hakimiyyəti rəhbərliyinin nümayəndələri, “Qartal”adlı tikinti şirkətinin başçısı və s. Heyətə baxanda düşünürsən ki, bircə Baş nazir, nazirlər, parlament rəhbərliyi, xarici səfirlər çatışmır...

Əlbəttə, istənilən abadlıq işi təqdirəlayiqdir. Amma videoda gördüyünüz bu tikili nə məktəb, nə uşaq bağçası, nə tibb məntəqəsi, nə də başqa bir samballı sosial obyektdir. Adi “dominoxanadır”, “dominoxana”! Bunun nəyi və niyə reklam olunsun ki? Bundan ötrü kamera qarşısına çıxmağı, bunun çəkilişini aparıb ölkəyə yaymağı bir ağlı başında, savadlı, ziyalı, dünyagörüşlü adam özünə necə sığışdıra bilər axı?
Bu “möhtəşəm” tədbirə, "açılışa" qatılan, utanmadan televizyanı da çağırıb, özünü reklam etdirən vəzifəli, kostyumlu, qalstuklu “dayılar”ın təkcə buraya gəldiyi avtomobillərin qiyməti onların tikib ərsəyə gətirdikləri və minnət qoyduqları ”analoqu olmayan” “besetka”nın dəyərindən yəqin ki, yüz dəfələrlə bahadır.

“Qartal”-ın “toyuq hini dizaynında” tikdiyi bu “möhtəşəm memarlıq əsəri”nə maraqlı ad da qoyublar – “söhbətgah”. Məhəllə sakinləri isə bu “söhbətgah”ın dəmir barmaqlılqaları arxasından içəridə baş verənlərə baxıb, məəttəl qalırlar ki, burda nə böyük iş olub, nə vur-çatlasındır, nə çəkilşdir belə? Hələ utanmadan onların bəzilərini danışdırıb, “dominoxananı” və onu tikənləri təriflədirlər də...

İnsanları bu dərəcədə aşağılamaq, onlara “3-ün 5-ə” bir yarıtikiliyə görə minnət qoymaq, sonra da bunu reklam etmək nə şəhər rəhbərliyinə, nə hakim partiyanın şəhər təşkilatına, nə millət vəkilinə, nə də “Qartal”-ın sahibinə yaraşmır. Amma bəlkə də elə yaraşır...
Bu videonu paylaşmağımızın və şərh etməyimizin bir səbəbi də odur ki, qoy Bakıda, YAP və parlament rəhbərliyində də bu eybəcər, əttökən mənzərəni görsünlər. Bəlkə bu cür biabırçılıqlara bir “dur” deyən tapıldı...
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Hacı Zeynalabdin Tağıyeva dedilər;Hacı filan erməni mülk tikdirir,dedi ,qoy tiksinlər.Sonradan yenə təkrar etdilər və soruşdular ki,bəs nə üçün bu qədər razılıq edirsən.O,isə cavabında dedi:Hər nə qədər tikələri burada qalar,sabah gedəndə bellərinə bağlayıb aparmazlar.Çarəmiz nədir?Qoy tiksinlər,yenə sakinlərə bir istirahət güşəsidir.Bu cür tənqidlərdən sonra tikməsələr ,bundan kim qazanar,kim itirər ?
Utanc hissi
Tahir Mirkişili Spiker olmaq arzuzundaydı
Yaxshi sheydir, amma, bir gulnen bahar gelmir, abadliq hami ucun yaxshidir, hundur binalarin heyeti sakinlerin mulkiyyetidir, neyinse muqabilinde mini maqazin, budka tikmek ucun deyil!
Bunun bir adı var:Cahillik ve seviyyesizlik.Azerbaycanda Oğullar var ki ,İmkansuz ailelere her cür yardım edir ve heç bir reklama da ehtiyac görmğr deyende de deyir:"Heç ne etmemişem boş şeydir " .Özleri bu işe qiymet verse daha obyektiv okar.
İşsizləri nəzərə alıblar .sağ olsunlar
Görəsən kanala nə qədər pul veriblər??Quş saxlayacaqlar.Əsas odur quş saxlasınlar bayquş yox.
Derdeee , ( klassikadiilarda
Derdeee , ( klassikadiilarda
Xalqın yanına getmək, görülən işlərə dəstək vermək pis bir şeydir? Sizin kimi jurnalistlərin ucbatından bu ölkədə bir sahibkat öz məhləsinə dəstək olmur…Qartal şirkəti Sumayıt sakinləri üçün çox iş görür, sizin kimi boşboğazliq etmir…
buna Sumqayıtdakı komedixana demek olar