2024-cü ildə qlobal hərbi xərclər 2023-cü illə müqayisədə 9,4% artaraq 2,718 trilyon dollara çatıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında qeyd olunub. Bildirilir ki, bu, Soyuq müharibənin bitməsindən bəri qeydə alınan ən böyük illik artımdır.
Ekspertlərin fikrincə, dünyanın bütün regionlarında hərbi xərclər artıb, xüsusilə Avropa və Yaxın Şərqdə daha sürətli artım müşahidə olunub. ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan dünya üzrə ümumi hərbi xərclərin 60%-ni təşkil edir və bu beş ölkənin ümumi xərcləri 1,635 trilyon dollar olub.
Ümumilikdə, ən çox müdafiə xərclərinə malik 15 ölkənin hər biri 2024-cü ildə büdcələrini artırıb. Qlobal ÜDM-in hərbi ehtiyaclara ayrılan payı isə 2,5%-ə yüksəlib.
SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının tədqiqatçısı Xiao Liang bildirib: "2024-cü ildə 100-dən çox ölkə hərbi xərclərini artırdı. Hökumətlər büdcənin digər maddələri hesabına hərbi təhlükəsizliyə daha çox vəsait ayırdıqca, bu, uzun illər ərzində cəmiyyətlər üçün ciddi iqtisadi və sosial nəticələrə səbəb ola bilər."


Şərhlər