Suriyada daha bir azərbaycanlı öldürülüb.
AzPolitika.info-nun məlumatına görə, Əsəd rejiminə qarşı qızğın döyüşlərin getdiyi İdlib şəhərində "Vadi Dayf" hərbi bazası müxalif silahlılar tərəfindən alınıb.
2 gün davam edən döyüşlərdə 1000-ə yaxın rejim silahlıları, 80-ə yaxın isə müxalif cəbhəsindən olan silahlı öldürülüb.
Bu döyüşlərdə "Azəri camaatı"ndan olan Ruslan Əliyev adlı şəxsin də öldürüldüyü bildirilir.


Şərhlər