Menu

İşıq, qaz və su pulu ilə bağlı yenilik - Bundan sonra... + VİDEO

29.04.2025, 20:50
İşıq, qaz və su pulu ilə bağlı yenilik - Bundan sonra... + VİDEO

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılır.

Yeni sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Bu sistem vasitəsilə istifadəçilər elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.

İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, bu sistemlə məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək.

Xidmətlərin 50 faizi və bildirişlər "myGov" üzərindən təqdim ediləcək.

Vahid İnformasiya Sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq. İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır.

Qeyd edilir ki, hazırda bəzən eyni ünvanlarda kommunal xidmətlərdə fərqli ünvanlar göstərilir. Bu sistem belə problemi də kökündən həll edəcək. Bütün hallarda sistemin tətbiqi ilə vətəndaşlarla qurumların münasibətlərinin sağlamlaşacağı gözlənir.

Qeyd edək ki, layihənin icrasını İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.

Bu il yeniliyin tətbiqi gözlənilir.

Şərhlər

Kasıb-a 2025-04-30 00:03:57

Həə bəlkə də pulsuz ediblər çünki millət çox kasıblayıb

Kasıb 2025-04-29 21:31:33

Başlığa baxdım elə bildim qiyməti aşağı salıblar

Vətəndaş 2025-04-29 18:43:32

Ayının min oyunu bir armudun baındadır. Hər iş bitmişdi bir saqqal darağı qalmışdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol