Menu

Saxta diplom satan tutuldu

18.12.2014, 12:55
Saxta diplom satan tutuldu

Daxili İşlər Nazirliyi Bakıda xüsusi əməliyyat keçirib

Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu satan şəxs yaxalanıb.

Əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Nuriyev saxlanılıb.

Saxlanılan şəxs Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya 7000 ABŞ dollarına satarkən ifşa olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol