Menu

Avropa Prokurorluğu Slovakiyanın Ukraynaya hərbi texnika verməsini araşdırır

29.04.2025, 19:31
Avropa Prokurorluğu Slovakiyanın Ukraynaya hərbi texnika verməsini araşdırır

Avropa Prokurorluğu Yaroslav Nadın müdafiə naziri olduğu dövrdə Slovakiyanın Ukraynaya hərbi texnika verməsi faktı üzrə araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə Slovakiya parlamentinin deputatı Zuzana Plevikova sosial şəbəkədə yazıb.

"Avropa Prokurorluğu Yaroslav Nadın Slovakiyanın müdafiə naziri işlədiyi dövrdə Ukraynaya hərbi materialların verilməsi ilə bağlı araşdırmaya başlayıb. Araşdırma Avropa İttifaqının maliyyə maraqlarına ziyan vurulması da daxil olmaqla, cinayət əməllərinin törədilməsi şübhəsi əsasında aparılır", - o qeyd edib.

Deputat bildirib ki, Avropa Prokurorluğu əvvəllər Ukraynaya hərbi texnikanın verilməsi prosesini təhlil edən Slovakiyanın Ali Nəzarət İdarəsinin nəticələrinə əsaslanır.

2024-cü ilin oktyabr ayının sonunda Ali Nəzarət İdarəsi bildirib ki, respublika Ukraynada münaqişənin əvvəlindən Kiyevə təxminən 700 milyon avro dəyərində hərbi texnika verib və nəticədə Slovakiyanın özünün hava hücumundan müdafiə sistemi olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol