Menu

“Hindistan yaxın 24-36 saat ərzində hərbi əməliyyata başlayacaq” – Pakistan naziri

30.04.2025, 10:46
“Hindistan yaxın 24-36 saat ərzində hərbi əməliyyata başlayacaq” – Pakistan naziri

“Hindistanın yaxın 24-36 saat ərzində hərbi əməliyyata başlamaq niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatı aldıq”.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Pakistanın Federal İnformasiya, Yayım, Milli İrs və Mədəniyyət naziri Attaullah Tarar Cammu deyib.

O, Hindistanın istənilən hücumuna qətiyyətlə cavab veriləcəyini bildirib.

“Beynəlxalq ictimaiyyət bunun nəticələrinin məsuliyyətinin birbaşa Hindistanın üzərinə düşdüyünü unutmamalıdır”, - deyə Tarar əlavə edib.

Xatırladaq ki, aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Hücumun araxasında Pakistanın olduğunu iddia edən Hindistan, “Hind Suları Müqaviləsi”ni dayandırıb və Yeni Dehlidə çalışan pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istəyib, həmçinin Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb. 

Pakistan isə bütün ittihamları rədd edib və Hindistanın İslamabaddakı diplomatik işçilərinin sayını məhdudlaşdırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol