Ukraynalıların demək olar ki, 90%-i prezidentliyinin ilk 100 gününü qeyd edən Amerika Prezidenti Donald Trampa etibar etmir.
“AzPolitika” xəbər verir ki, “Yeni Avropa Mərkəzi”nin ukraynalılar arasında keçirdiyi sorğunun nəticələri ABŞ Prezidentinə münasibətin kəskin pisləşdiyini üzə çıxarıb.
2025-ci il aprelin ortalarına olan məlumata görə, Amerika liderinə ukraynalıların yalnız 7,4% tam etibar edir, 89%-i qətiyyən etibar etmir.
2024-cü ilin noyabrında isə sorğuda iştirak edən ukraynalıların yalnız 47,2%-i Trampa güvənmirdi. Beləliklə, Ukraynada Amerika prezidentinə güvənməyənlərin nisbəti beş ayda demək olar ki, iki dəfə artıb.
“AzPolitika.info”


Şərhlər