Menu

9 may paradına Rubio da qatılacaq? - Rusiya kanalı iddia edir

01.05.2025, 15:36
9 may paradına Rubio da qatılacaq? - Rusiya kanalı iddia edir

ABŞ-nin Dövlət katibi Marko Rubionun mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılacağı gözlənilir.

“AzPolitika” xəbə verir ki, bunu Rusiyanın “Zvezda” kanalı diplomatik dairələrdəki mənbələrə istinadla bildirib.

Xəbərdə deyilir ki, ABŞ-nin yüksək səviyyəli nümayəndəsi mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında qonaq ola bilər. Telekanal iddia edir ki, söhbət ABŞ Dövlət katibi Marko Rubionun Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirakından gedir.

Bunda öncə Donald Tramp və Vladimir Putin arasında ilk rəsmi telefon danışığından sonra mətbuatda iddia olunurdu ki, Amerika lideri guya mayın 9-da Moskvaya səfər edəcək. Lakin Trampın özü bu məlumatı təkzib edib.

Bu il mayın 9-da Qələbənin 80 illiyilə bağlı Moskvaya 20-yə yaxın ölkə liderinin gələcəyi gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol