Menu

Bakıda qadın sürücünün vurduğu 72 yaşlı kişi 3 gün sonra ölüb

02.05.2025, 09:36
Bakıda qadın sürücünün vurduğu 72 yaşlı kişi 3 gün sonra ölüb

Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında qeydə alınıb.

Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol