Bakının bəzi ərazilərində köhnə tikililərin sökülməsinə başlanılıb.
"AzPolitika" İTV-yə istinadən xəbər verir ki, paytaxtın 20-ci sahə adlanan ərazisi, Çernyaxovski küçəsində artıb sakinlərin bir qismi köçürülür.
Lakin verilən kompensasiya ilə razılaşmayanlar da var.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib.
Sakinlərin köçürülməsi təmin edilib.
Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Şərhlər
cemyaxovski kimdi ? Yorulmadilar sokmeyden ? bes deyilmi ?
Kompensasiya məbləgi dövlət sirridir ? Onda başligi dəyişin də.
Kompensasiya nə qədərdir? + VİDEO
Özünüzün qoyduğunuz sala cavab vermədiz. Bəsdir bu xalqı aldatdınız.