Ukraynada davam edən müharibə tezliklə bitməyəcək.
“AzPolitika” xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D.Vens “Fox News” kanalına müsahibəsində deyib.
“Fox News”-un müxbiri Brett Baierə müsahibə verən ABŞ vitse-prezidenti qeyd edib ki, indi hər bir tərəf qarşı tərəfin sülhə nail olmaq üçün hansı şərtləri irəli sürdüyünü bilir: “İndi hər şey ruslardan və ukraynalılardan asılıdır. Onlar razılığa gəlməli və bu qəddar münaqişəni dayandırmalıdırlar. Bu, yaxın müddətdə bitməyəcək. Bəli, ukraynalılar hücuma məruz qaldıqları üçün qəzəblidirlər. Amma onlar bir neçə mil ərazidən ötrü minlərlə əsgərini itirməkdə davam edirlər. Ümid edirəm ki, hər iki tərəf ağıla gələcək. Əgər bunu etsələr, bu, ona görədir ki, Donald Trampa 21-ci əsrin ən yaxşı sövdələşməsini təklif edib".
“AzPolitika.info”

Şərhlər
Mən elə bilirdim bizim bəzi ( Siyasətçi yox ) siyasətlə məzələnən partiya sədrləri ağıldan kəmdir ,deməli dünyanı belə axmaq siyasət adamları yönnəltmək fikrinə düşüblər ,Nə oldu Paşinyan ( Tramp ) ? Deyəsən göydən daş boyda alma düşəcək və dünya belə zir-zibildən təmizlənəcək .Yaxşı ki ,bizim İgidlər vaxtında məsələni həll etdi ,yoxsa belələri çox hoqqalardan çıxmaq istəyəcəklərdi