Menu

ABŞ Ukrayna danışıqlarında vasitəçilikdən çəkilir – “Biz vasitəçi olmayacağıq”

02.05.2025, 11:05
ABŞ Ukrayna danışıqlarında vasitəçilikdən çəkilir – “Biz vasitəçi olmayacağıq”

ABŞ Ukrayna müharibəsində tərəflər arasında vasitəçilikdən çəkilmək niyyətindədir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus məlumat verib.

O, ABŞ-nin bundan sonra Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacağını bildirib və əlavə edib ki, birbaşa danışıqların vaxtı çatıb: "Bu problemə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Görüşləri moderasiya etmək üçün dünyanın o biri başına uçmaq fikrində deyilik".

Bununla yanaşı, Bryus ABŞ-nin hələ də sülhün əldə edilməsinə kömək etmək üçün əlindən gələni edəcəyini bildirib.

Aprelin 29-da ABŞ Dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün yaxın gələcəkdə təkliflər təqdim etməlidirlər, əks halda ABŞ vasitəçi rolundan əl çəkəcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “tam, davamlı atəşkəsə və münaqişəyə son qoymağa” çalışır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol