Menu

PƏNAHOVUN OĞLU ATU-nun MÜƏLLİMİNİ DƏ DÖYÜB – Ziyafət Əsgərov da ondan şikayət edib... + FOTO

03.05.2025, 20:21
PƏNAHOVUN OĞLU ATU-nun MÜƏLLİMİNİ DƏ DÖYÜB – Ziyafət Əsgərov da ondan şikayət edib... + FOTO

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına qarşı zorakılıqda ittiham olunur.

“AzPolitika” “Teleqraf” agentliyinə istinadla xəbər verir ki, Məhəmməd Pənahov daha əvvəl də bir neçə qalmaqalda, o cümlədən zorakılıq hadisələrində adının hallanması ilə gündəmə gəlib.

Belə ki, 2010-cu ildə o, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti” kafedrasının baş müəllimi, Əməkdar müəllim Oleq Mirzəyevə qarşı fiziki zorakılıq törədib. Binada qonşu olan Pənahovun həyətə nalayiq ifadələr işlətməsi müəllimin etirazına səbəb olub. Lakin Məhəmməd Pənahov üzr istəmək əvəzinə, onun boğazından tutaraq xəsarət yetirib. O.Mirzəyev hadisə ilə bağlı 22-ci polis bölməsinə müraciət edib.

Bundan başqa, eyni binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun da Pənahovla problemlərinin olduğu bildirilir. Məlumata görə, Məhəmməd Pənahovun evində mütəmadi hay-küylü məclislər təşkil etməsi Z.Əsgərovun narazılığına səbəb olub və o, bu barədə Məzahir Pənahova şikayət edib.


Qeyd olunur ki, Məhəmməd Pənahov 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, lakin nikah qadının müraciəti ilə Binəqədi Rayon Məhkəməsi tərəfindən pozulub.

Məlumata görə, cütlük daha sonra ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinə köçüb. Orada spirtli içki aludəçisinə çevrilən Pənahov həyat yoldaşı H.Pənahovaya qarşı mütəmadi fiziki zorakılıq göstərib. Nəticədə qadın bətnindəki körpəsini itirib. Ərinin zorakılığından bezən H.Pənahova Bakıya qayıtmağa məcbur olub.

Şərhlər

MOSHU 2025-05-05 14:51:42

NECE DE TERBIYELI COCUQDUR ,MAQA|

Yaşar 2025-05-04 12:50:54

Məzahir Pənahovu-caxtakarlığı dünyaya bəlli olan adamı illərlə rüşvət,oğurluqla varlandırdınız,qudurtdunuz.Baxın indi nəticələrinə dözün.Bu idarəetmə eybəcərliyinin nəticəi deyilmi?

Watchman 2025-05-04 00:26:13

Məzinin gəlini şikayət edən kimi o saat bunlar da "kişiləşiblər"))

Roma 2025-05-03 22:21:13

Mən həmin oğlanın "alicənablığına, humanistliyinə heyranam", fikir verin o sıravi müəllimi döyüb, ancağ istəsəydi, dekan, prorektor, lap elə rektorun özünü də, nücə deyərlər, "nə yemisən, turşulu aş" prinsipini əldə rəhbər tutarağ və ya "burda mənəm, Bağdadda Seçki məntəqəsinin, Dairəsinin, lap elə Mərkəzi seçki Komissiyasının" üzvlərini, sədrini də travmatologiya və ya reanimasiya və ya ginekologiya" şöbəsinə göndərərdi...

sadiq 2025-05-03 20:33:46

biabırçılıqdır

Adam 2025-05-03 16:29:15

Ərə gedəndə bir baxın kimə gedirsiniz, pul görən kimi, ağıl gedir.

ƏDALƏT 2025-05-03 13:20:51

Onlara her yerdə yaşil işiqdir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol