Menu

Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib

03.05.2025, 12:08
Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib

Rus ordusu bu gecə iki “İsgəndər-M” ballistik raketi və 183 İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatları ilə Ukrayna ərazilərinə hücum edib.

Bu barədə Ukrayan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, hava hücumu Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri, zenit-raket bölmələri, elektron döyüş sistemləri və mobil atəş qrupları tərəfindən dəf edilib.

PUA-lardan 77 ədədinin zərərsziləşdirildiyi vurğulanıb.

Qeyd olunub ki, rusların hücumu nəticəsində Xarkov, Sumı, Donetsk və Nikolayev vilayətləri zərər görüb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol