Menu

Prorektor işdən çıxarıldı - Yeni təyinat

03.05.2025, 20:15
Prorektor işdən çıxarıldı - Yeni təyinat

Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib. Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.

APA-nın əldə etdiyi məlumata görə, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.

Milli Konservatoriyadan faktı təsdiqləyiblər.

Eyni zamanda, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.

Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol