Menu

Netanyahu Azərbaycana səfərini təxirə salıb - "The Times of Israel"

03.05.2025, 22:04
Netanyahu Azərbaycana səfərini təxirə salıb - "The Times of Israel"

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfərini təxirə salıb.

"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.

"Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərini başqa tarixə keçirmək qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir", - Dəftərxananın məlumatında deyilir.

Qeyd edək ki, səfər 7-11 may tarixlərində nəzərdə tutulmuşdu.

Şərhlər

Vahid 2025-05-04 12:43:46

Niyə təyin edilmişdi və niyə təxirə düşdü?Dəqiq qərarın dəyişmə məqədini kim açıqlayacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol