Bu gün dünən rəhmətə gedən millət vəkili Sırrı Süreyya Öndər üçün Atatürk Mədəniyyət Mərkəzində anım mərasimi keçirilib.
"AzPolitika" xəbər verir ki, mərasimə qatılan CHP sədri Özgür Özel Atatürk Mədəniyyət Mərkəzindən ayrılarkən təxribatçı biri ona yaxınlaşaraq yumruq atıb.
Hücum edən şəxs polis qrupları tərəfindən dərhal yaxalanıb. Onun ilk ifadəsi də ortaya çıxıb. Təcavüzkar ifadəsində "CHP-dən yemək kartı istədim, vermədilər. Mən də əsəbiləşdim. Hücum etmək fikrim yox idi. Gördüyüm zaman hirsimə hakim ola bilmədim" deyib.
Daxili işlər naziri Əli Yerlikaya açıqlamasında hücumçunun saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya açıqlamasında Özelə hücum edən Səlcuq Tengioğlu adlı şəxsin 2004-cü ildə övladlarını öldürdüyünü üçün həbsə alındığı, 2020-ci ildə şərtli təxliyyə olunduğunu bildiilir. Yenə ilkin təsbitlərə görə psixi xəstəlik əlamətinin olmadığı açıqlanıb..
Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda çirkin hücuma məruz qalan CHP sədri Özgür Özelə zəng edərək, tezliklə sağalmasını arzuladığını və hadisənin bütün tərəflərini ortaya çıxarmaq üçün prosesi yaxından izlədiyini bildirib.
Hücumla bağlı dərhal istintaq başladılıb və hücumu həyata keçirən şəxs nəzarətə götürülüb.
CHP sədri Özgür Özel hadisənin arxasında Türkiyənin qarışdırmağa çalışan xarici qüvvələrin dayana biləcəyini qeyd edib. Hadisənin məhz Türkiyəyə barış gətirməyə çalışan Sırrı Süreyya Öndərin anım mərasimində törədilməsinin də bunu işarə etdiyini bildurib. Özel hər kəsi bu qüvvələri sevindirməyəyə, sakit olmağa çağırıb.

Şərhlər