Menu

Krımda parad olmayacaq - Ukraynanın hücumundan qorxurlar

05.05.2025, 14:40

İşğal altındakı Krım yarımadasının Sevastopol şəhərində Qələbənin 80 illiyi şərəfinə parad keçirilməyəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Sevastopolun qondarma qubernatoru Mixail Razvojaevə istinadla məlumat yayıb.

"Məlum səbəblərə görə biz bayram tədbirlərinin cədvəlini dərc etməyəcəyik. Bu il Qələbə Paradı olmayacaq, bu mövqe Müdafiə Nazirliyi ilə razılaşdırılıb", - Razvojayev deyib.

2023-cü ildən Sevastopolda təhlükəsizlik səbəbindən Qələbə paradları keçirilmir. Həmin il Kursk və Belqorod vilayətlərinin hakimiyyət orqanları da eyni qərarı qəbul ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol