Menu

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu – Rusiyalı hərbçilər Belarusda yerləşdirilib

06.05.2025, 17:18
Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu – Rusiyalı hərbçilər Belarusda yerləşdirilib

Mayın 6-da Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi həyata keçirilib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, mübadilə “205-ə qarşı 205” formatında baş tutub və Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib.

Nazirlik bildirir ki, azad edilən rusiyalı hərbçilər artıq Belarus ərazisində yerləşdirilib və tibbi-psixoloji müayinədən keçirilirlər.

Rusiyanın bəzi “Telegram” kanalları mübadilə barədə məlumatı öncədən yayaraq azad edilən hərbçilərin siyahısını dərc edib. Ukrayna tərəfi isə hələlik rəsmi açıqlama verməyib.

Bu mübadilə, tərəflər arasında əvvəlcədən razılaşdırılmış diplomatik protokol əsasında, son aylarda baş tutan ən iri əsir dəyişmələrindən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, BƏƏ-nin vasitəçiliyi bu ölkənin neytral vasitəçi kimi mövqeyini möhkəmləndirməyə çalışdığını göstərir. Əvvəlki əsir mübadilələrinin bəzilərində isə Türkiyə və Qətər iştirak etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol