Menu

Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib

07.05.2025, 10:50
Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib

Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanatında bildirilir.

"Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - bəyanatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol