Menu

Moskva Kiyevi “Oreşnik” ilə vuracaq – Əgər Kiyev bunu etsə...

07.05.2025, 11:55
Moskva Kiyevi “Oreşnik” ilə vuracaq – Əgər Kiyev bunu etsə...

Vladimir Putin Rusiya Müdafiə Nazirliyinə Ukraynanın 9 may paradına mümkün hücumuna qarşı kəskin cavab tədbirləri görməyi tapşırıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediası və “teleqram” kanallarının yazdığına görə, Putin öz hərbçilərinə parad günü Moskvaya mümkün hücumlara cavab olaraq Kiyevə “Oreşnik” raketi ilə zərbələr endirmək və bunun üçün indidən hədəfləri müəyyən etmək barədə tapşırıq verib.

“Mash” “teleqram” kanalı öz mənbələrinə istinadla yazır ki, Kreml mümkün hücuma təsirli cavab vermək fikrindədir. “Görünür, atəşkəs olmayacaq”, - kanal qeyd edib.

Rusiya mətbuatının yazdığına görə, Rusiya hakimiyyəti Ukrayna PUA-larının Moskvaya və Rusiyanın bir sıra digər regionlarına hücumlarını davam etdirməsindən narahatdır. Bununla bağlı Putin “qətiyyətli cavabı” nəzərdən keçirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol