Menu

“Bu qurultay İlyas İsmayılovun ruhuna hörmətsizlik kimi qəbul olunacaq” – MƏCLİS ÜZVÜ

07.05.2025, 12:10
“Bu qurultay İlyas İsmayılovun ruhuna hörmətsizlik kimi qəbul olunacaq” – MƏCLİS ÜZVÜ

Ədalət Partiyasının Məclis üzvü, milli azadlıq hərəkatının fəallarından olan Ramiz Mirzəoğlu “AzPolitika”-ya müsahibəsində mərhum İlyas İsmayılovun vəfatından sonra təşkilatda baş verənərə münasibət bildirib, təkliflərini açıqlayıb.

Müsahibəni təqdim edirik:

- Ramiz bəy, Ədalət Partiyasinda nə baş verir?

- Ədalət Partiyası İlyas İsmayılovun yoxluğundan sonra lider axtarışına çıxdı. Bir neçə variant müzakirə olunuqdan sonra kollegial sistem gündəmə gəldi və Siyasi Şura bu idarəetmə variantının üzərində dayandı...

- Amma Siyasi Şuranın başqa bir üzvü onlayn qaydada Məclis çağırdı və 17 may tarixində qurultay keçirəcəklərini elan etdi. Buna münasibətiniz necədir?

- Baxın, əks tərəf dediyiniz Mütəllim Rəhimovdur. 1994-cü ildə ona ADP-yə üzv olmaq üçün zəmanəti mən vermişəm. İddialidir, amma iddiasının ana xətti “qara piara” dayanır. Əvvəlcə ““naxçıvanlılar və yerazlar” partiyanı ələ keçirmək istəyir” təbliğatını dövriyyəyə buraxdı. Bu piarin onun əleyhinə olacağını bilən arxasındakı “zat” onu tənbeh etdikdən sonra piarın formasını dəyişdi. Çünki Siyasi Şuranin üç üzvü tovuzlu, biri qəbələli, bir nəfər zəngilanlı, bir üzv də naxçıvanlıdır. Mütəllimin, onlayn qaydada “keçirdiyi" məclis legitim sayıla bilməz!

- Niyə sayıla bilməz?

- Çünki Məclis sədri və sədrin müavinləri, özündən savayı partiya rəhbərlində təmsil olunan kimsə o iclasda iştirak etməyib. Mütəllimin nizamnəməyə zidd olaraq Məclis keçirməsi Paşinyanin “Qarabağ bizimdir” xəyalına bənzəyir. Qurultaylar arası dövrdə əsas ali orqan Məclisdir. Onu da nəzərinizə çatdırım ki, İlyas müəllim xəstəxanaya yerləşdirilərkən partiyaya aid nə varsa - möhür də daxil olmaqla, Məclis sədrinə təhvil verib. Nizamnamə bunu tələb edir. Məclis sədri əmanəti necə qorudu, bu başqa bir mövzunun söhbətidir, ona əsla girmək istəmirəm.

- Mütəllim Rəhimlinin partiyadan çıxarılmasına necə baxırsız?

- O, altı nəfər Siyasi Şura üzvünün iştirakı ilə partiya sıralarından xaric edilib. Detallara girmirəm, çünki iclasda baş verənlərin video görüntüləri var. Siyasi Şuranın verdiyi qərarın səhv və ya düz olub-olmamasına məhkəmə qərar verməlidir. Hakimin adından bir söz demək etikadan kənar olar! Əgər Mütəllim Rəhimli məhkəməyə baş vurubsa...

- Bir neçə gün öncə Mütəllim Rəhimli partiyadan çıxarıldıqdan sonra Siyasi Şura üzvləri də istefa verdiklərini elan etdilər. Bu haqda nə deyə bilərsiniz?

- Bu anormal bir hadisə idi. Mənə çatan ara bilgilərə görə Mütəllimin digər partiya sədrləri ilə Qarabağa səfərindən sonra Siyasi Şura istefaya gedib. Səbəb kimi guya hökumətdən kimlərinsə Siyasi Şuradan bəzilərini çağırıb Mütəllimin xeyrinə istefa vermələrini təkid etmələri göstərilib. İstefa vermədikləri halda cəzalandırılacaqları haqda xəbərdarlıq ediblər. Bir sözlə, onları təhdid ediblər...

- Sizcə, bu xəbərlər nə dərəcədə doğrudur?

- Mənim fikrim və qənaətim ondan ibarətdir ki, bu dedi-qodu və ağ yalandır. Nə PA, nə də Ədliyyə Nazirliyi belə cılız işlərlə məşğul olmaz. Kimsə bu ucuz “kartdan" istifadə edib, qarşı tərəfin də öz kölgəsindən qorxduqlarını bilərək, bu varianti işə salıb. Əgər bu deyilənlər həqiqət olsaydı, 26 aprel tarixində partiyanin qərargahında yüksək səviyyədə Məclis keçirilib, 31 may tarixinə qurultay təyin edilməzdi və bu toplantının qarşısı alınardı.

- 17 may tarixinə elan olunan qurultaya qatılacaqsınızmı?

- Əlbəttə. Ona görə qatılacağam ki, bu toplantının legitim olmadığını ora yığışanların nəzərinə çatdırım. Bunu demək mənim vətəndaşlıq borcumdur: Qurultayın legitimliyi Ədliyyə Nazirliyi tərəfindən tanınarsa, demək, Siyasi Şuranın istefası dövlət qurumlarının basqısı nəticəsində reallaşıb.

- Nə təklif edirsiniz?

- Təklifim ondan ibarətdir ki, Ədalət Partiyası fəallarının iştirakı ilə genişləndirilmiş yığıncaq keçirilsin. Bütün məsələlər qarşılıqlı anlaşma və güzəştlərlə həllini tapsın. Əks halda, bu qurultay İlyas İsmayılovun ruhuna hörmətsizlik kimi qəbul olunacaq. Ona legitimlik donu geyindirmək dövlət orqanlarına da hörmətsizlikdir. Mən məhkəmə yolu ilə bu qurultayın qeyri-legitim olduğunu sübuta yetirəcəyəmə inanıram. Əks mövqedəkilərlə istənilən TV kanalında dartışmağa hazıram.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Elnur Həsənov 2025-05-09 23:11:44

Məs: №1 Kollegial idarəetmə üsulu nədir və necə olur? – partiya daxilində və ya dövlət idarəçiliyində səscermədə yetərsay əldə etmədikləri zaman liderlik iddiasında olan şəxslərin idarəetmə formasıdır ki, bu üsula nümunə olaraq Türkiyədə bir zamanlar mövcud olmuş və özünü bir proses kimi dogrultmamış idarəetmə sistemidir. Bu sistem nə Azərbaycan nə azərbaycan siyasi mentaliteteinə, nə də ölkədə olan partiyaların idarəetmə üslubuna uygun deyil.

Məs: №2 “Qara piar” deyilən bir proses partiyanın və ya dəstənin yaxud da hər hansı bir iqtidar nümayəndəsinin açıq üstünlüyünü heçə endirmək üçün aparılan bir çirkli siyasətdir. Burada da “Ədalət” partiyasının daxilində aparılan daxili secimlər nəticəsində Mütəllim Rəhimlinin açıq ara qalib gəlməsi nə ağ nə də qara piarın səbəbinədir. əks tərəfdən fərqli olaraq Mütəllim Rəhimlinin heç troll qrupu da yoxdur. Ətrafında olan yoldaşları isə nəinki yeraz və ya naxcıvan hətta vətənimiz Azərbaycanını bütün dilbər guşələrindəndirlər. Kimlərə isə də Naxcınanlı və Yeraz deməkləri sadəcə acizlikdən başqa bir şey deyil.

Məs:№3 Qarşı tərəfin özlərini uşaq kimi aparmaları, yəni qapını bağlayıb qaçıb gizlənmələri onsuz da başlarına gələcək aqibətlərini biraz da tezləşdirdi və partiya üzvlərinin əksər çoxluğunun da iştirakı ilə iclas keçirildi. Birdə ki, hər hansı bir toplantının və ya qəbul edilən qərarların “Legitim” adını ala bilməsi üçün ofis, idarə və s. kimi məkana ehtiyac yoxdur. Bu müsahibədə adları qeyd edilən vəzifələri daşıyan şəxslər həmin gün o toplantıda iştirak etsə və öz güclərini göstərə bilsə idi bu daha ədalətli olardı, amma, iştirak etməmək haqqında qərar özlərinin istəkləridir.

Məs: №4 Əslində həmin 6 nəfərin öz qərarları ilə Mütəllim Rəhimlini partiya sıralarından ixrac etmələri onların siyasi səhvi idi və bunu da özləri çox gözəl bilirdilər ki, bu səbəbdəndə heç kəsin daha onların arxasınca getməyəcəyini görüb bu qərara gəldilər. Təhtid isə tamamiylə boş mülahizədir. Buna heç bir sübutları ola bilməz və bu cinayət tərkibi daşıya bilər və dövlətin bəzi strukturlarının fəaliyyətini təhqir edə bilər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol