Menu

Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb

07.05.2025, 14:22
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb.

"Report"un əldə etdiyi xəbərə görə, hazırda Rüfət Səfərov və müdafiəçiləri cinayət işi ilə tanış olurlar. Rüfət Səfərovun cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər

Eli 2025-05-07 14:57:37

Bu insan Ziyalı ailenin övladıdur ve uzun müddet qanun keşiyinde duran prokuratura sisteminde işleyib ve nece olur ki bu adam birden bşre xuliqan olur vallah bu ölkede olan qeribelikler heç yerde nedense baş vermir.Harvardı tek tük qurtaranlarda. birine de çıx gülmeli maddelerle cinayet işi açılır,dünyanı özümüze gelin güldürmeyek.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol