Menu

Aİ Ukraynanın demilitarizasiyasına qarşı çıxacaq

08.05.2025, 19:51
Aİ Ukraynanın demilitarizasiyasına qarşı çıxacaq

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün şərt kimi Ukraynanın demilitarizasiyasına və bloksuz statusuna qarşı çıxacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Varşavada Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Nazirlər mümkün sülh nizamlanmasının prinsiplərini müzakirə ediblər", - o bildirib və vurğulayıb ki, Aİ Kiyevin demilitarizasiyası fikrinə, Ukraynanın NATO-ya qəbul edilməməsi öhdəliyinə qarşı çıxır və onun Avropa İttifaqına daxil olmasında israr edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol