Menu

Masallıda ağır avtoqəza olub - Ölən və yaralananlar var

09.05.2025, 14:46
Masallıda ağır avtoqəza olub - Ölən və yaralananlar var

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Tayota Prado” markalı avtomobil Lənkəran rayonu istiqamətdə hərəkətdə olarkən bir neçə dəfə aşıb və yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə, ilkin məlumata görə, bir azyaşlı ölüb. Avtomobildə olan digər sərnişinlər arasında da ölən və yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol