Menu

“SOS” MMC əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR+ VİDEO

10.05.2025, 11:43
“SOS” MMC əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR+ VİDEO

10 may müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.

Bu münasibətlə peşəkar mühafizə xidməti “Security Operation Services” ("SOS") MMC-nin rəhbər heyəti və kollektivi Fəxri Xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

"SOS" əməkdaşları Ulu Öndərin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq məzarı önünə əklil və gül dəstələri qoyublar. Tədbir iştirakçıları Heydər Əliyevin ölkə qarşısındakı tarixi xidmətlərini bir daha xatırladaraq, onun müəyyən etdiyi siyasi kursun bu gün də Azərbaycanın uğurlu inkişafına xidmət etdiyini vurğulayıblar.

Ziyarət zamanı kollektiv Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, görkəmli alim və nüfuzlu ziyalının xatirəsini dərin ehtiramla yad ediblər.

Şirkətin əməkdaşları bu cür anım tədbirlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm rol oynadığını bildiriblər.

"AzPolitika.info"






















Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol