Menu

Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir

10.05.2025, 14:09
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir

Pakistanın Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaması Yeni Dehlini qorxuya salıb. Artıq Hindistan rəhbərliyi Pakistanla gərginliyin azaldılmasına hazır olduğun bəyan edib.

Hindistan KİV-inin məlumatına görə, Hindistan Hərbi Hava Qüvvələrinin nümayəndəsi Vyomika Sinqh brifinqdə bildirib ki, Pakistan tərəfi qarşılıqlı cavab verəcəyi təqdirdə gərginliyi artırılmamasına sadiqdir.

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol