Menu

Tofiq Yaqublu aclığı dayandırıb - AÇIQLAMA

10.05.2025, 21:05
Tofiq Yaqublu aclığı dayandırıb - AÇIQLAMA

"Bu gün Tofiq Yaqublu ailəsinin və xüsusilə, qızı Nigar Yaqublunun təkidli xahişləri ilə aclığı dayandırdı. Orada onun təlimat üzrə ilkin qidalanması aparıldı, venadaxili nutritiv infuziya edildi. Lazım olan dərman preparatları (Pantoprozol, Qlutation, Lipofundin, Aminoselekt, Albumin və s.) köçürüldü. 40 günlük aclığın nəticələrini aradan qaldırmaq üçün sonrakı müalicə tədbirlərinə ehtiyac var".

"AzPolitika" xəbər verir ki, belə bir açıqlama ilə həkim Adil Qeybulla çıxış edib. 

Xatırladaq ki, Müsavat funksioneri Tofiq Yaqublu 40 günə yaxın idi həbsxanada aclıq edirdi. O, azadlığa buraxılmasını tələb edirdi.

"AzPolitika"

Şərhlər

İsmayıl 2025-05-11 21:03:56

Adam az qala ölürdü,harada idiniz azpolitika ? Elə ki aclığı dayandırdı,dərhal mövzunu işıqlandırdınız.

Rey. 2025-05-11 17:48:55

Axi nedir bu Insanin gunahi, neyi duz demir, gerek ele hemishe terifname yagdirilsin? Tenqidde lazimdir axi! Besdir, silkelenib temizlenmek lazimdir.

miri 2025-05-10 22:17:22

Dogru qerar
#Freedom
#Azadlıq
#Свобода

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol