Menu

Aİ və Böyük Britaniya ortaq müdafiə və təhlükəsizlik paktı təqdim edəcək

12.05.2025, 08:46
Aİ və Böyük Britaniya ortaq müdafiə və təhlükəsizlik paktı təqdim edəcək

Avropa İttifaqı və Böyük Britaniya gələn həftə ortaq müdafiə və təhlükəsizlik paktını təqdim edəcək.


APA xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Qeyd olunur ki, bu razılaşma Böyük Britaniyanın "brexit"dən sonra Aİ ilə ən sıx yaxınlaşmasına səbəb olacaq.

Sənədə əsasən, ABŞ NATO çərçivəsində müəyyən əməliyyatlara icazə verməkdən imtina edərsə, Aİ və Böyük Britaniya birgə fəaliyyət göstərə biləcək.

Razılaşmanın detallarının gələn həftə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol