Menu

Məhkəmə Əziz Orucovla bağlı qərar verib

12.05.2025, 16:36
Məhkəmə Əziz Orucovla bağlı qərar verib

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin olunmayıb və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsəsn, Əziz Orucov 2 il müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol