Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Əliyev Samir İmamverdi oğlu 1976-cı İldə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.
2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Allah rəhmət eləsin!


Şərhlər
Azərbaycanda hakimlərin ölümünə təəsüflənməyin. Neçə-neçə həyata son qoyublar, ailələri başsız qoyublar. Azərbaycanda "ədalətli hakim", müstəqil məhkəmə" anlayışları yoxdur.
Necə mühakimə edibsə o cür də mühakimə olunsun. İncildən sitat.