Menu

BAKIDA HƏRBÇİ MAŞININI YANDIRDI - Pulunu ödəyə bilmədiyi üçün + VİDEO

14.05.2025, 20:28
BAKIDA HƏRBÇİ MAŞININI YANDIRDI - Pulunu ödəyə bilmədiyi üçün + VİDEO

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

“AzPolitika” Oxu.az-a istinadən xəbər verir ki, ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.

M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Sözügedən görüntüləri təqdim edirik:


Şərhlər

Tahir 2025-05-14 22:24:08

Təssüf... Ancaq onu da deməliyəm ki, bu olay belə təsəvvür yaradır ki, bu ağılsızlıqdır və ya 1000 dollar borcu qaytarmaq üçün 7000 dəyərində olan maşını satıb borcu qaytarmaq imkanını düşünə bilməmək qədər ağılsızlıq ...

Kasıb 2025-05-14 20:39:13

Yazıq başqa çıxış yolu tapmadı ona görə də bunu etdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol