“Putin mənim də orada olmağımı istəyərdi. Mənim Türkiyəyə getməyim ehtimal daxilindədir. Amma mən orada olmazsam, onun da olub-olmayacağını bilmirəm. Bunu görəcəyik".
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs görüşmələrinə qatılıb-qatılmayacağının hələlik qeyri-müəyyən olduğunu bildirib. Tramp bu qərarın qismən öz iştirakına bağlı ola biləcəyini vurğulayıb.
Tramp, eyni zamanda Rusiyaya qarşı əlavə sanksiyaların hələ də masada olduğunu qeyd edib. ABŞ lideri bu bəyanatla Kremlin atəşkəs danışıqlarına laqeyd münasibətindən narahatlığını ifadə edib.
“AzPolitika.info”


Şərhlər